Bakı. Trend:
Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu öz miqyası,mövzu aktuallığı və yüksək səviyyəli iştirakçıları ilə bu il dəxüsusi diqqət çəkdi. Forumun əhəmiyyətini artıran əsas məqamlardanbiri isə Prezident İlham Əliyevin tədbirdə şəxsən iştirakı və medianümayəndələrinin suallarını açıq şəkildə cavablandırması oldu.Dövlət başçısı bir sıra mühüm məsələlərə toxunaraq, süni intellektdövründə medianın rolu, informasiya təhlükəsizliyi vədezinformasiya ilə mübarizə, Ermənistanla sülh prosesi və digərmövzuları ətraflı şərh etdi. Onun çıxışı, ölkənin media siyasətindəşəffaflıq və dialoqa verdiyi önəmin bariz nümunəsi kimi yadda qaldıvə bütün dünya mediasının diqqət mərkəzində oldu.
Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.
"Prezident İlham Əliyev sualları cavablandırarkən çox mühümməsələlərə toxundu, önəmli mesajlar verdi. Dövlət başçısı Zəngəzurdəhlizi məsələsinə xüsusi diqqət ayırdı. Onun sözlərinə görə, budəhliz sadəcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındafiziki bağlantıdan ibarət deyil. Azərbaycanın bu sahədə gördüyüişlər - Bakı limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi, gömrük sisteminin rəqəmsallaşdırılması - ölkəninnəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün atılan mühümaddımlardır. Zəngəzur dəhlizinin işə düşməsi həm Şimal-Cənub, həmdə Şərq-Qərb marşrutlarının yeni istiqamətlərini formalaşdıracaq.Zəngəzur dəhlizi eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvləriüçün strateji birləşdirici halqadır. Bu dəhliz reallaşarsa, OrtaAsiya ölkələri, xüsusilə Özbəkistan və Qazaxıstan, daha qısa vətəhlükəsiz yolla Türkiyəyə, oradan da Avropa bazarlarına çıxış əldəedəcəklər. Eyni zamanda, bu marşrut Xəzər regionununinteqrasiyasını gücləndirəcək və iqtisadi əməkdaşlığın yenimərhələsini açacaq", - o bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanıngələcək inkişaf strategiyası və regional əməkdaşlıq mövzularındaaçıqlamaları mühüm mesajlar daşıyırdı.
"Prezident İlham Əliyev Azərbaycanın təkcə Cənubi Qafqazdadeyil, geniş regional miqyasda – Mərkəzi Asiya, Avropa və YaxınŞərq arasında körpü rolunu gücləndirməyi hədəflədiyini vurğulayıb.Əsas prioritetlər sırasında Azərbaycanın artıq faydalı qazıntılarsektorundan kənara çıxaraq, informasiya texnologiyaları və süniintellekt sahəsində qabaqcıl texnologiyalarla işləməsi önə çəkilir.Eyni zamanda, regional inteqrasiya və infrastruktur layihələriölkənin inkişaf planlarında xüsusi yer tutur. Prezident İlhamƏliyev bildirib ki, tranzit gəlirləri vacib olsa da, əsas məqsədtranzit marşrutları boyunca sənaye və digər sahələrin inkişafetdirilməsi, əlavə sərmayələrin cəlb edilməsidir. Daimi sabitlik vətəhlükəsizlik, qonşu ölkələrlə səmimi və konstruktiv münasibətlərisə Azərbaycanın tranzit potensialının reallaşması üçün əsasşərtlər kimi önə çəkilib. Qarabağ münaqişəsinin sona çatmasıbölgədə geniş əməkdaşlıq perspektivlərini açıb. Dövlət başçısınınhəmçinin Avropanın Azərbaycan qazına tələbatının artdığını qeydedərək, əlavə ixrac imkanlarının genişləndirilməsi üçün Avropatərəfinin maliyyə dəstəyi məsələsində daha praqmatik yanaşmagöstərməsinin vacibliyini vurğulayıb. Azərbaycanın genişpotensialı, strateji coğrafi mövqeyi və xarici siyasət balansıregionun inkişafında həlledici rol oynayır", - o bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Ukraynalıjurnalist Dmitro Qordonun sualına verdiyi cavab da yerli və dünyamediasında xüsusi diqqət gördü.
"Dövlət başçısı açıq şəkildə bildirir ki, əsas amil – heç vaxtişğalla barışmamaq və təslim olmamaqdır. Bu, Azərbaycanınsiyasətinin bünövrəsi olub və nəticədə ölkənin ərazi bütövlüyü tambərpa edilib. Prezident İlham Əliyev qeyd edir ki, 17 il ərzindədanışıqlarda iştirak etsə də, beynəlxalq vasitəçilər status-kvonundəyişməsini istəməyiblər. Diplomatik səylərə rəğmən, realirəliləyiş əldə olunmayıb və Azərbaycan yeni reallıq yaratmaqqərarına gəlib. Bu reallıq isə 2020-ci ildə 44 günlük Vətənmüharibəsində, 2023-cü ilin antiterror tədbirləri ilə tamgerçəkləşib. Dövlət başçısı bir daha vurğulayır ki, məsələ təkcəliderlikdə deyil, xalqın milli həmrəyliyində, əzmini itirməməsindəvə ədalətə inamda idi. Qələbə, onun sözləri ilə desək, təkcə hərbideyil, mənəvi və siyasi qələbə idi – ədalətin bərpası idi. Bu cavabUkrayna üçün bir dərs, bir nümunə və bir çağırışdır: əgər bir xalqöz torpağını, suverenliyini qorumaqda qərarlıdırsa, gec-tez buməqsədə çatacaq. Şərt – birliyi qorumaq, ədalətə inanmaq və təslimolmamaqdır", - o bildirib.
Politoloq vurğulayıb ki, Mixail Qusmanın Prezident İlham Əliyevəünvanladığı sual və onun cavabı, Azərbaycanın uğurlu xarici siyasətmodelinin əsas fəlsəfəsini ortaya qoydu.
"Qusmanın “skripkaçı metaforası” ilə təqdim etdiyi sual sadəgörünə bilərdi – bu qədər uğurlu xarici siyasəti necə idarəedirsiniz? – lakin əslində bu sualda Azərbaycanın beynəlxalqmünasibətlərdə tutduğu unikal mövqenin izahına ehtiyac duyulurdu.Prezident İlham Əliyevin cavabı sadə, lakin dərin məntiqəəsaslanır: həqiqət, prinsipiallıq və etimad. Dövlət başçısıbeynəlxalq hüququn prinsiplərinə sarsılmaz sədaqəti xüsusivurğuladı. Azərbaycanın separatizmdən əziyyət çəkmiş ölkə olaraq,eyni hadisələrə münasibətdə də ikili standartlara yol verməməsionun diplomatik ardıcıllığını sübut edir. Bu yanaşma Bakıyabeynəlxalq aləmdə etibarlı tərəfdaş statusu qazandırıb. Prezidentİlham Əliyev Azərbaycanın coğrafi mövqeyinin risklərlə yanaşıimkanlar yaratdığını da qeyd etdi. Risklərin daxildən deyil,xaricdən qaynaqlandığını vurğulayaraq, dövlətin sabit daxilibazasının uğurun əsas şərti olduğunu bildirdi. Azərbaycanın həmAvropa, həm də müsəlman dünyasında fəal iştirakı, onun çoxtərəflisiyasətinin nəticəsidir. Dövlət başçısının ABŞ Prezidenti DonaldTramp barədə dedikləri isə onun geosiyasi baxışının məntiqini izahedir: müharibə yox, sabitlik və dəyərlər əsasında əməkdaşlıq.Etimad razılaşma deyil, inamdır və bu inam Azərbaycanı regionunaparıcı aktoruna çevirib", - o bildirib.
A.Qarayev qeyd edib ki, forum çərçivəsində Prezident İlhamƏliyev həmçinin Azərbaycan-Çin münasibətlərini də aydın şəkildətəqdim etdi.
"Dövlət başçısı iki ölkə arasında hərtərəfli stratejitərəfdaşlıq səviyyəsində münasibətlərin qurulduğunu, bunun daqarşılıqlı etimada əsaslandığını vurğulayır. Prezident Si Cinpinlədavamlı siyasi dialoqun mövcudluğu və vizasız rejimin tətbiqixalqlar arasında təmasların artmasına xidmət edir. İqtisadiəməkdaşlıqda nəqliyyat-logistika və bərpaolunan enerji sahələri önplana çıxır. Prezident İlham Əliyev Azərbaycanın “Bir kəmər, biryol” təşəbbüsünü dəstəklədiyini və Çin konteyner qatarlarının ölkəüzərindən Qərbə daşınmasının sürətlə artdığını qeyd edir. QarabağaBöyük Qayıdış çərçivəsində Çin şirkətləri günəş və külək enerjisilayihələrində aktiv iştirak edir. Aydın olur ki, Azərbaycan Çinləmünasibətləri təkcə iqtisadi deyil, strateji və geosiyasi baxımdanda inkişaf etdirmək niyyətindədir. Bu əməkdaşlıq qarşılıqlı faydavə uzunmüddətli tərəfdaşlığa əsaslanır", - o bildirib.
Onun sözlərinə görə, dövlətimizin başçısı ABŞ ilə dəmünasibətlərə toxunaraq, Bakı-Vaşinqton xəttində yeni mərhələninbaşlandığına işarə etdi.
"O, Tramp administrasiyası ilə təmasların müsbət dinamikayaratdığını vurğulayaraq münasibətlərin normallaşma yoluna qədəmqoyduğunu bildirir. Prezident, Bayden administrasiyasının dövründəikitərəfli əlaqələrin ciddi şəkildə zəiflədiyini, 907-ci düzəlişinyenidən tətbiq olunmasını və Azərbaycana qarşı qeyri-dost addımlarıkəskin tənqid etdi. Prezident İlham Əliyev, ABŞ-nin ikilistandartlarla yanaşdığını qeyd edir: Ukraynanın suverenliyinidəstəkləyən rəsmi Vaşinqton, Azərbaycanın öz ərazilərini azadetməsini sanksiyalarla hədələyirdi. Bunun fonunda Tramp dövründəkiisti münasibətlərin bərpasına dönüş böyük əhəmiyyət kəsb edir.Enerji, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlıqpotensialı çox günişdir və iki ölkənin ortaq maraqları mövcuddur.Aydın olur ki, Azərbaycan ABŞ ilə bərabərhüquqlu və real maraqlaraəsaslanan tərəfdaşlıq istəyir və yeni administrasiya ilə buistiqamətdə ciddi irəliləyiş gözləyir", - o bildirib.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin toxunduğu çoxönəmli məqamlardan biri də Qərb ictimai rəyinin Azərbaycanamünasibətdə formalaşmasında medianın həlledici rolu, bu təsirinməqsədyönlü şəkildə mənfi istiqamətdə yönləndirildiyi barədəoldu.
"Dövlət başçısı xüsusilə erməni lobbilərinin və ABŞ-dəkidairələrin Qərb mediasına təsirini ön plana çəkdi. Azərbaycanınsaxta məlumatlarla hədəfə alındığını izah etdi - 2015 AvropaOyunları və son olaraq COP29 öncəsi təşkil olunmuş qarayaxmakampaniyaları buna nümunədir. Azərbaycanın müstəqil siyasətinin vəqərarlılığının Qərbdə bəzi dairələri narahat etdiyi diqqətəçatıdırılaraq, Bakının “məsləhətləri” qəbul etmədiyi üçün tənqidhədəfinə çevrildiyi, lakin bunun sayəsində ölkənin gücləndiyi,iqtisadi və siyasi müstəqillik qazandığı xüsusi vurğulandı.Prezident İlham Əliyev ictimai rəyə təsir etmək üçün təbliğatdanimtina edildiyini və əvəzində beynəlxalq tədbirlər vasitəsiləreallıqları birbaşa nümayiş etdirməyə üstünlük verdiyini açıqladı.Bu mövqe həm prinsipial, həm də öz gücünə arxalandığını ortayaqoyur", - o bildirib.
A.Qarayev Prezident İlham Əliyevin Ermənistanla normallaşmaprosesi, bu ölkə ilə münasibətləri də dərin təhlil etdiyinivurğuladı.
"Azərbaycanın Ermənistanla potensial maraq kəsişmələri olsa da,uzun illər boyu aparılan işğal siyasətinin və azərbaycanofobiyanınbu imkanları kökündən zədələyib. Prezident İlham Əliyev tarixifaktlara əsaslanaraq, ermənilərin Qarabağda hansı imtiyazlarlayaşadığını, lakin buna rəğmən Azərbaycan əleyhinə radikal addımlaratıldığını göstərir. O, Ermənistan rəhbərliyinin ziddiyyətlibəyanatlarına toxunaraq, Paşinyanın 2019-cu ildə “QarabağErmənistandır” deməsini bu günkü mövqeyi ilə müqayisə edərək,etimadsızlığın əsasını da məhz bu qeyri-sabit yanaşma olduğunuvurğuladı. Dövlət başçısının mesajı regionda sabitliyin açarınınqarşılıqlı hörmət, hüquqi təminatlar və qəti siyasi iradən asılıolduğunu vurğulayır. Azərbaycan sülh təşəbbüsünü ilk irəli sürəntərəf olub, lakin Ermənistan bu prosesi illərlə ləngidib. İndiartıq sülh müqaviləsinin mətni razılaşdırılıb. Ermənistanınkonstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvi vəMinsk qrupunun formal olaraq buraxılması sülhün əsas şərtləridir.Əgər Ermənistan bu şərtlərlə razılaşsa, Cənubi Qafqazda ilk dəfəsabitlik və əməkdaşlıq dövrü başlaya bilər və bu bütün CənubiQafqaz ölkələri üçün çox önəmli irəliləyiş olar", - o bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan-Rusiyamünasibətlərində mövcud vəziyyəti də çox dərin və aydın şəkildəizah etdi.
"Burada ən ciddi məqam AZAL təyyarəsi ilə bağlı insident oldu.Prezident açıq şəkildə bildirdi ki, təyyarəyə iki dəfə hücumolunub, hadisənin Ukrayna dronu ilə əlaqələndirilməsi isə "uşaqbağçası səviyyəsində hekayədir". Azərbaycan tərəfi real səbəbibildiyini və Rusiya rəsmilərinin də vəziyyətdən xəbərdar olduğunubildirir. Bu hadisəyə görə nə təəssüf, nə izahat, nə də təzminatverilməməsi ciddi məsuliyyətsizlikdir. Digər önəmli məqam isəRusiya hava məkanının təyyarə vurulduqdan sonra bağlanmasıdır – bu,texniki səviyyədə ciddi səhlənkarlıqdır. Dövlət başçısı çıxışındaqeyd etdi ki, Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciətedəcək. Azərbaycanın beynəlxalq məhkəməyə müraciət etməyəhazırlaşması isə artıq diplomatik səbrin sonuna gəldiyini göstərir.Bununla yanaşı, dövlət başçısının Azərbaycanın enerji siyasətininsiyasət yox, biznes prinsiplərinə əsaslandığını, Rusiya ilə rəqabətaparmadıqlarını vurğulayır. Lakin bu, mövcud gərginliyə bəraətqazandırmır. Qısası, Prezident İlham Əliyevin qeyd etdiyi buməqamlar həm narazılıq, həm xəbərdarlıq, həm də prinsipiallıqmesajı daşıyır - Azərbaycan susmayacaq, məsuliyyət tələb edəcək vəbu münasibətlərin fonunda öz maraqlarını müdafiə edəcək", - obildirib.