“ABŞ və Qərb Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcək”.
Bunu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan “RİA Novosti”yə deyib.
O, Avropanın İrəvana bunun üçün rəsmi sənədlə zəmanət verməli olduğunu söyləyib:
“İndiyə qədər sadəcə söz danışıblar, əyani bir addım yoxdur. Sadəcə Avropadan bir neçə müşahidəçi göndəriblər, başqa heç nə. Amma Rusiyanın 3 min hərbçidən ibarət bazası var. Nə Ukrayna, nə Moldova, nə də Gürcüstan Avropa İttifaqına qəbul edilməyiblər. Lakin onlar da anti-Rusiya siyasəti yürütdülər. Baş nazir Nikol Paşinyanı Avropada məhz Rusiya əleyhinə addım atsın deyə qəbul edirlər”./Globalinfo.az