EN

Goranboyda kütləvi dava - Xəsarət alan var

GORANBOY, 19 iyul. TELEQRAF

Goranboy rayonunda kütləvi dava nəticəsində bir nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Aşağı Ağcakənd qəsəbə sakini Ü.Mustafazadə Bərdə rayon sakinləri Şöhrət və Sərdar adlı şəxslərlə mübahisə edib. Sonradan mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə Ü.Mustafazadə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Chosen
23
teleqraf.com

1Sources