EN

"Hayduk" Bakıda məğlubiyyətlə gəlir

"Zirə"nin Konfrans Liqasındakı rəqibi "Hayduk" son yoxlama matçında qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, Split təmsilçisi Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində LASK-la qarşılaşıb.

Oyunda "Hayduk" erkən qol vursa da, qələbə hesabını qoruya bilməyib. Avstriyalılar 2:1 hesabı ilə qalib gəlib. Xorvatiyalıların qolunu Livaya vurub.

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də Bakıda olacaq. Oyun saat 19:30-da start götürəcək.

İdman.biz

Chosen
44
23
idman.biz

10Sources