37 yaşlı İvan Rakitiç "Zirə"nin Konfrans Liqasındakı rəqibi "Hayduk"un texniki direktoru təyin olunub.
İdman.biz xəbər verir ki, bu barədə Split klubunun mətbuat xidməti məlumat yayıb.
"Barselona"nın keçmiş yarımmüdafiəçisi 2024/2025 mövsümünün sonunda məhz "Hayduk"da karyerasını başa vurub. O, splitlilərin Xorvatiya çempionatının bürünc mükafatçısı olmasında böyük rol oynayıb.
Karyerasının böyük hissəsini "Barselona" və "Sevilya" klublarında keçirən Rakitiç 2007-2019-cu illərdə Xorvatiya millisinin heyətində 106 oyunda 15 qol vurub.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında mərhələnin ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşü isə ayın 31-də Spilit şəhərində baş tutacaq.
İdman.biz