EN

Zelenski və Tramp PUA-ların istehsalına qərar veriblər

Rəsmi Kiyev və Vaşinqton Ukraynada pilotsuz uçan aparatların istehsalı ilə bağlı razılığa gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın yeni Baş naziri Yuliya Svırıdenko bildirib.

O qeyd edib ki, razılaşma prezidentlər səviyyəsində baş tutub.

Liderlər Volodimir Zelenski və Donald Tramp Ukraynada pilotsuz uçan aparatların istehsalına Amerika investisiyası barədə razılıq əldə ediblər.

Qeyd olunur ki, bu pilotsuz uçan aparatlar ABŞ-yə çatdırılacaq.

Chosen
66
50
operativmedia.az

10Sources