Gürcüstanla Türkiyə arasında sərhədin bağlandığı bildirilir.
Referans xəbər verir ki, hər iki tərəfdən yüzlərlə insan sərhəd-keçid məntəqələrində toplaşıb və sərhədi keçə bilmirlər.
Gürcüstanın Vergi Xidmətindən bildirilib ki, məsələ ilə bağlı onlarda məlumat yoxdur və vətəndaşlara patrul polisinə müraciət etmələri tövsiyə olunub. Gürcüstan Daxili İşlər Nazirliyi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
Sərhədin bağlanma səbəbi və nə qədər davam edəcəyi hələlik bəlli deyil. Təfərrüatlar gözlənilir.//globalinfo.az