Azərbaycanın akrobatika gimnastikası üzrə kişi cütlüyü Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən Dünya Kuboku seriyasının qalibi olublar.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Murad Rəfiyev - Daniel Abbasov cütlüyü Dünya Kubokunun bu mövsüm Purs, Burqas, Bakı və Jeşuvda keçirilən mərhələlərində sabit və yüksək nəticələr göstəriblər.