Azərbaycanın akrobatika gimnastikası üzrə kişi cütlüyü Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən Dünya Kuboku seriyasının qalibi olublar.
"Ölkə.az" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Murad Rəfiyev - Daniel Abbasov cütlüyü Dünya Kubokunun bu mövsüm Purs, Burqas, Bakı və Jeşuvda keçirilən mərhələlərində sabit və yüksək nəticələr göstəriblər.