EN

"Mançester Siti"dən A seriyası klubuna keçdi

style='margin-bottom:10px;'>

"Komo" "Mançester Siti"dən icarəyə götürdüyü Maksimo Perronenin transfer hüquqlarını alıb.

QOL.az xəbər verir ki, bu barədə A seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

"Komo" Perrone üçün "Mançester Siti"yə 15 milyon avro təzminat ödəyəcək. 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Komo" Maksimo Perroneni ötən ilin yayında icarəyə götürmüşdü. Argentina millisinin üzvü bu komandada 26 rəsmi matçda 3 qol ötürməsi edib.

Chosen
18
2
teleqraf.com

3Sources