AZ

"Mançester Siti" argentinalı futbolçunu 15 milyon avroya satdı - RƏSMİ

"Komo" "Mançester Siti"dən icarəyə götürdüyü Maksimo Perrone ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İtaliya klubu argentinalı futbolçunun transfer hüquqlarına yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Komo" Perrone üçün "Mançester Siti"yə 15 milyon avro təzminat ödəyəcək. 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Komo" Maksimo Perroneni ötən ilin yayında icarəyə götürmüşdü. Argentina millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 26 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
11
2
sportal.az

3Mənbələr