EN

Usikin çəkisi Dubuadan 7,6 kq az gəlib

WBA, WBC və WBO kəmərləri üzrə dünya çempionu Oleksandr Usik iyulun 20-də Londonda IBF çempionu Daniel Dubua ilə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, bu gün boksçular çəki mərasimində iştirak ediblər.

Ukraynalı əlcək ustası 103, kq, onun britaniyalı rəqbi isə 110,6 kq çəkiyə malikdir. 7,6 kq fərq olmasına baxmayaraq, Usik mütləq dünya çempionu adı uğrunda keçiriləcək qarşılaşmanın favoriti hesab olunur. Boksçular arasında 2023-cü ilin avqustunda baş tutan döyüşdə Oleksandr nokoautla qalib gəlib.

Qeyd edək ki, Usik keçirdiyi 23 görüşün hamısında qələbə qazanıb. Dubua isə 24 döyüşün 22-də qalib gəlib, cəmi 2-də uduzub.

İdman.biz

Chosen
74
idman.biz

1Sources