EN

UEFA-nın sabiq prezidentinin Fransadakı evi qarət olunub

UEFA-nın sabiq prezidenti Mişel Platininin Fransadakı evi qarət olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" “Footmercato”ya istinadən xəbər verir ki, hadisə cümə günü səhər tezdən baş verib.

Mənbənin sözlərinə görə, Platininin özü tamamilə qara geyinən və başında başlıq olan oğrunu görüb. Qarətdən sonra o, 20-yə yaxın medal və kubokun əskik olduğunu aşkar edib.

Cinayətkar hadisə yerindən qaça bilib. Oğurluq nəticəsində dəymiş ziyan hələ qiymətləndirilməyib. Oğurluq zamanı Platininin özü xəsarət almayıb. Marsel prokurorluğu artıq oğurluq işi ilə bağlı istintaqa başlayıb.

Chosen
100
33
operativmm.az

10Sources