EN

Rusiya dünyada 4-cü  oldu

Dünya Bankının yayımladığı son qlobal iqtisadi hesabatına görə, Rusiya 2024-cü ildə alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında dünyanın dördüncü ən böyük iqtisadiyyatı mövqeyini qoruyub saxlayıb.

"Cebheinfo.az" xəbər verir ki, hesabatda Rusiyanın iqtisadi ölçüsünün 5,8% artaraq 6,92 trilyon dollara çatdığı qeyd olunur.  Beşinci yerdəki Yaponiya ilə fərqin 514 milyard dollara qədər artdığı vurğulanır.

Dünya Bankının AQP göstəricilərinə əsasən hazırladığı siyahıya ilk üç yeri Çin (38,2 trilyon dollar), ABŞ (29,2 trilyon dollar) və Hindistan (16,2 trilyon dollar) tutur. Rusiya isə 6,92 trilyon dollarlıq iqtisadiyyatı ilə dördüncü sırada yer alır.

Siyahının davamında Yaponiya (6,4 trilyon), Almaniya (6 trilyon), Braziliya, İndoneziya (4,7 trilyon), Fransa və Birləşmiş Krallıq (4,2 trilyon) gəlir.

Dünya Bankı Rusiyanın AQP-yə görə dördüncü yerə ilk dəfə 2021-ci ildə yüksəldiyini xatırladır və bu göstəriciyə çatmasında pandemiya dövründə tətbiq olunan iqtisadi stimullaşdırma tədbirləri ilə Qərb sanksiyalarına qarşı həyata keçirilən daxili siyasətlərin mühüm rol oynadığını bildirir.

Beynəlxalq Valyuta Fondu (BVF) da 2024-cü ilin oktyabrında yayımladığı hesabatda Rusiyanı eyni şəkildə dördüncü yerdə göstərmişdi.

Qeyd edək ki, alıcılıq qabiliyyəti pariteti (AQP), ölkələr arasında real iqtisadi ölçünü müqayisə etmək üçün istifadə olunan bir metoddur. Bu hesablamada müxtəlif ölkələrdə eyni mal və xidmət səbətinin nə qədər başa gəldiyi nəzərə alınaraq milli valyutaların real dəyəri ölçülür. AQB, nominal ÜDM-lə müqayisədə ölkələrin həyat səviyyəsini və iqtisadi rifahını daha dəqiq əks etdirir.

Chosen
31
46
cebheinfo.az

10Sources