Hindistanın Bihar ştatında son iki gündə ildırım vurması nəticəsində azı 33 nəfər həlak olub, onlarla insan yaralanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ildırım vurmasının qurbanları əsasən tarlalarda işləyən fermerlər olub. Bihar hökuməti həlak olanların ailələrinə pul təzminatı ödəyəcək.
Rəsmi statistikaya görə, 2024-cü ildə Biharda ən azı 243, 2023-cü ildə isə 275 nəfər ildırım vurması nəticəsində həlak olub. Hindistanın şərqində musson mövsümündə güclü tufanlar iqlim dəyişikliyi ilə əlaqələndirilir.