EN

13 milyon avro aldılar, yarımmüdafiəçini SATDILAR

“Mançester Siti” yarımmüdafiəçi Maksimo Peroneni “Komo”ya satıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu yeni klubu ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalayıb.

Transferin dəyərinin 13 milyon avro olduğu bildirilir.

22 yaşlı Perone son mövsümdə “Komo”da icarə əsasında çıxış edib. O, A Seriyasında 26 oyunda meydana çıxaraq, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
41
21
sportinfo.az

10Sources