"Barselona" komandanın yeni 10 nömrəsi Lamin Yamalın forma satışından rekord məbləğdə qazanc əldə edib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu iki gün öncə rəsmən 10 nömrəyə sahib çıxıb.

Həmin andan növbəti 1 sutka ərzində Lamin Yamalın 70 minə yaxın forması satılıb.

Nike şirkətinin istehsal etdiyi geyim dünyanın 170 ölkəsində satışa çıxarılıb. Ajiotajın qarşısını almaq üçün "Barselona"nın rəsmi satış nöqtəsində eyni anda 24 kassa fəaliyyət göstərib.

Bir futbol köynəyinin orta qiyməti 145 avro təşkil edir (baza qiyməti 114,99 avro, orta keyfiyyətli 134,99 avro, premium 184,99 avro).

Beləliklə, "Barselona" Lamin Yamalın formasının satışından 1 sutka ərzində 10 milyon avro əldə edib.