EN

İlk turda "Sabah" - "Qarabağ" matçı - püşk atıldı

Misli premyer-liqasında 2025/26 mövsümünün püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq. Üçüncü dövrənin püşkü ayrıca atılacaq. Bu haqda Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov məlumat verib.O qeyd edib ki, reqlamentə əsasən hər hansı komanda ardıcıl ikidən çox ev və səfər oyunu keçirə bilməz. Daha sonra püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:

İmişli - Turan Tovuz
Neftçi - Şamaxı
Sabah - Qarabağ
Sumqayıt - Kəpəz
Karvan - Qəbələ
Zirə - Araz-Naxçıvan


Qeyd edək ki, yeni mövsümə avqustun 15-də start veriləcək.

Chosen
89
football-plus.az

1Sources