EN

ÇL: “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim etdi

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Ulusal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İrlandiyanın “Şelburn”a komandası ilə oyunlar üçün iştirak ərizəsinə 24 futbolçunun adı daxil edilib.

Onları sırasında “Qarabağ” akademiyasının üzvləri olan Amin Rzayev və Hikmət Cəbrayılzadə də var. Eləcə də, yeni trasferlər Dani Bolt, Sami Mmaee, Pedro Bikalyo, Kris Kuakunun adı adları siyahıdadır.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 2. Mateus Koxalski, 3. Fabian Buntiç;

Müdafiəçilər: 2. Mateus Silva, 3. Bədavi Hüseynov, 4. Abbas Hüseynov, 5. Elvin Cəfərquliyev, 6. Dani Bolt, 7. Kevin Medina, 8. Sami Mmaee, 9. Bəhlul Mustafazadə, 10. Amin Rzayev;

Yarimmüdafiəçilər: 27. Toral Bayramov, 28. Kadi Borges, 29. Pedro Bikalyo, 30. Marko Yankoviç, 31. Kris Kuaku, 32. Leandro Andrade, 33. Abdullah Zubir, 34. Aleksey Kaşuk, 35. Hikmət Cəbrayılzadə;

Hücumçular: 11. Emmanuel Addai, 12. Musa Qurbanlı, 13. Nəriman Axundzadə.

“Qarabağ”la “Şelbrun” arasında ilk görüş iyulun 23-də İrlandiyada, cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək.

Chosen
21
16
moderator.az

10Sources