EN

ABŞ Ermənistan ərazisindən İrana qarşı müharibə hazırlığındadır? – Açıqlama

“Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ə.Əhmədiana telefon zəngində regional kanalların Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yuristdiksiyası altında baş tutmalı olacağını bildirib. İran rəsmisi də əvvəlki mövqelərini təkrarlayıb”.

NOCOMMENT.az bildirir ki, bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmdəoğlu bildirib ki, ABŞ səfirinin ortalığa qoyduğu “Zəngəzur dəhlizinin 32 km” anlayışı yalnız “Azərbaycan- Azərbaycan” əlaqəsidir:

“Buradan İrana, Türkiyəyə çıxış ayrı müzakirə mövzusudur. N.Paşinyanın “sülh kəsişməsinə”, Turana, NATO-ya heç bir aidiyyəti yoxdur.

ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı son təklifinə İran heç bir reaksiya vermədi. Çünki ABŞ-dan qorxur və həm də möhtacdır; İran elitasının bütün var-dövləti, siyasi bilgiləri ABŞ-ın sərəncamındadır və bu iş Ermənistan vasitəsilə reallaşıb”.

Politoloq qeyd edib ki, ABŞ-ın təklifi və bu təklifin inkarı – hər ikisi Ermənistanda çox böyük silkələnmə əmələ gətirəcək:

“Hazırda N.Paşinyan Rusiyanı Ermənistandan qovmaqla məşğuldur. ABŞ və Aİ Ermənistanda N.Paşinyanın bu mübarizəsi zamanı törətdiyi qanun pozuntularına göz yumurlar və Paşinyan hökumətinə edə biləcəkləri kömək yalnız bundan ibarətdir. Son mitinqlər çox güclü idi. Əgər bir də belə mitinq olacaqsa N.Paşinyanın onun qarşısına qoymağa qüvvəsi yoxdur. Buna görə mütləq kənardan qüvvə gəlməlidir. Ən çox ehtimal olunan İrandan qüvvənin gəlməsidir. Çünki İranın Ermənistanla sərhəddə 100 minlik qoşunu var. Rusiyanın da Ermənistanda hərbi bazası var. Əgər mitinqçilərə N.Paşinyanın təzyiqi artacaqsa, Rusiya Ermənistandakı hərbi qüvvələrini işə salacaq. Çünki artıq Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın dili ilə Kreml N.Paşinyana hakimiyyətdən getmək ultimatumunu verdi. Ermənistan yaranmış çıxış yolu kimi İrana üz tutdu. ER Təhlükəsizlik Şurasının sədri A.Qriqoryanın İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ə.Əhmədiana telefon zəngi həm də bu anlamdadır. Ermənistan İranı köməyə çağırdı və İran da köməyə gələcək”.

M.Əhmədoğlu əlavə edib ki, İranın Ermənistandakı səfiri M.Sübhani iki ölkənin Təhlükəsizlik Şurasının katibləri arasında telefon danışığından sonra dərhal bəyan etdi ki, Ermənistan hökuməti İranı inandırıb ki, Ermənistanın digər ölkələrlə, Avropa ölkələri ilə əlaqələrindəki inkişaf Yerevan-Tehran əlaqələrinə zərər vurmur:

“Səfir tək İran dövlətini aşağılayan, ali rəhbərin milliyyətini təhqir edən bəyanatlar verməyi bacarmırmış, həm də öz dövlətini da aldatmağı bacarırmış. Amerikanın koridoru nəzarətinə götürməsindən söhbət getdiyi halda bu səfir avropalılardan danışır və Ermənistanın İranda yaratdığı inamı üstün tutur. Əlbəttə, İran Ermənistanın, Ermənistan da İranın yalanına, kələyinə inana bilər. Çünki hər ikisi eyni cür yalançı, kələkbaz və arxadan zərbə vuranlardır.

ABŞ uzun müddətdir İrana şimal tərəfindən giriş üçün hazırlıq işləri görürdü. Nüvə tullantılarının yayılmasına qarşı mübarizə adı ilə Ermənistanla keçirilən 3 hərbi təlim, İranda olan məlumata görə ABŞ-ın Ermənistandakı səfirliyində 2500 dəniz piyadası yerləşdirilməsi, (bu İran kimi dövlətin 20-25 minlik ordusuna və bəlkə də bir az artıq müvafiqdir) ABŞ Ermənistanda radiolokasiya qurğuları qurub, İranı izləməsi ilə bağlı məlumatlar yayıldı. ABŞ bəlkə də 15 ildir Ermənistan ərazisindən İrana qarşı istifadə edir. Bərgüşad (Vorotan) Kaskad SES-i, Amulsar qızıl yatağı da ABŞ-ın mülkiyyətidir, İranla sərhəddədir. Orada casus qurğuları yerləşdirilib. ABŞ-a casusluq edən ermənilərin İrana tərəf keçməsi ilə də bağlı bir neçə məlumat var. Belə olan halda ABŞ Ermənistan ərazisindən İrana qarşı müharibə açmaq hazırlığını başa çatdırıb – çatdırmaması son anda sözünü deyəcək. Əgər ABŞ şimaldan İrana qarşı müharibə açmaq hazırlığını başa çatdırmayacaqsa, bu zaman o Rusiya ilə sövdələşməyə gedəcək. Rusiyanın təsir zonasında belə aktivlik edən İran həm də Gilanda Rusiyanın ərazisini izləyən RLS-ə malik olması RF tərəfindən sakit qarşılana bilməz”.

Politoloq qeyd edib ki, bu artıq qocalmış İranın Ermənistana ölməyə gəlməsi anlamındadır:

“Müqəddəs yerdə ölmək, bu ölümü təbii yolla Allahdan diləmək ənənəmiz olub. İran üçün Ermənistan müqəddəsdir. Məkkə, Mədinə, Kərbəla, sonrakı müqəddəsliklərdir. Formal, gözə kül üfürmək üçün təqdim olunan müqəddəsliklərdir. İran üçün əsl müqəddəslik Ermənistandır. İran ölümə gəldi və özü üçün müqəddəs hesab etdiyi yerdə də öləcək”.

Chosen
3
1
nocomment.az

2Sources