«Qaradağ Lökbatan»ın yeni baş məşqçisi Kamal Quliyev kimlərlə çalışacağını müəyyənləşdirib.
Uzun illər sonra karyerasını bərpa edən mütəxəssis özünə iki köməkçi götürüb.
O, Musa Rəhimov və Etibar Şükürovla çiyin-çiyinə işləyəcək.
Bu il I Liqada yerini itirən QL gələn mövsüm II Liqada mübarizə aparacaq. Komandanın qarşısına çempionluq məqsədi qoyulub.
K.Quliyev axırıncı dəfə 10 il qabaq baş məşqçi olaraq fəaliyyət göstərib. «Neftçala» ilə I Liqada iki dəfə çempionluq qazanıb.
SPORTİNFO.AZ