EN

Türkiyədən Azərbaycana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60,4 faiz artaraq, 621 min 7 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalaraq, 3 milyon 60 min 42 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz azalaraq, 1 milyard 290 milyon 246 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 165 milyon 780 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 6,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 2 milyard 783 min 114 dollar məbləğində xalça ixrac edib.

Chosen
36
16
turkic.world

10Sources