EN

Bir hücumçun üç qol vursun, yenə dilxor olasan... Dərd saçan VİDEO

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində “Sele”yə (Sloveniya) iki oyunun nəticəsinə əsasən məğlub olaraq mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında cavab qarşılaşması Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda baş tutub.

Görüşün əsas vaxtı Bakı klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Belə də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub.

Burada “Sele”nin vurduğu qol həlledici olub. Meydan sahiblərindən Franko Kovaçeviç (19 və 49-cu dəqiqələr) və Nikita Yosifov (108-ci dəqiqə) fərqlənib.

“Sabah”da isə Coy Lens Mikels (9, 63 və 64-cü dəqiqələr) het-trikə imza atıb.

Komandalar arasında Bakıda baş tutan ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
20
sportinfo.az

1Sources