Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində Avropa İttifaqı (Aİ) sanksiyalardan yan keçməyə görə daha 26 şirkəti məhdudlaşdırıcı tədbirlər siyahısına daxil edib.
Operativ Media xəbər verir ki, bu barədə “Euroactiv” Aİ Şurasındakı mənbəyə istinadən məlumat yayıb.
Onlardan 7-si Çində, 3-ü Honkonqda və 4-ü Türkiyədə yerləşir. Bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi üçün tədarük həyata keçirməkdə şübhəli bilinir.
Beləliklə, Aİ hesab edir ki, bu, Moskvanın ikili təyinatlı texnologiyalara çıxışını məhdudlaşdırmağa imkan verəcək.