EN

Sahilboyu ərazilərdə ekoloji sabitliyi pozan 23 nəfər barəsində tədbir görülüb

Bakı.Trend:

Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyinpozulması səbəbilə 23 nəfər barəsində tədbir görülüb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail, Xəzər, Qaradağ rayonlarında,Sumqayıt şəhərində, respublikanın Xızı, Siyəzən, Xaçmaz və Lənkəranrayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilənnövbəti tədbirlər zamanı məişət tullantılarının tutumlardan kənaryerlərə atılması, tullantı təyinatlı suların kənar yerə axıdılması,qadağan olunmuş yerlərdə siqaret çəkilməsi, özbaşına tikinti işləriaparılması, meşə fonduna daxil olmayan ağac və kolların zədələnməsihalları müəyyən edilib.

Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərəatdığına görə 11, qadağan olunmuş yerlərdə siqaret çəkdiyinə görə4, tullantı təyinatlı suları kənar yerə axıtdığına görə 6, özbaşınatikinti işləri apardığına, ağac və kolları zədələdiyinə görə isə 2nəfər olmaqla ümumilikdə 23 nəfər barəsində polis əməkdaşlarıtərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bir daha diqqətə çatdırırıq ki, polis əməkdaşları tərəfindəndavam etdirilən profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təminolunmasına yönəlib.

Chosen
112
13
az.trend.az

10Sources