EN

İspaniyada güclü meşə yanğınları: Madridi qatı tüstü bürüyüb

Bakı. Trend:

Madrid yaxınlığında baş verən nəzarətsiz meşə yanğını İspaniyapaytaxtının üzərinə qatı tüstü kütləsi yayaraq ərazidə təhlükəlivəziyyət yaradıb.

Trend bu barədəölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanğın İspaniyanın Kastiliya-La-Mança bölgəsində,paytaxtdan təxminən 50 kilometr cənub-qərbdə yerləşən Mentridaqəsəbəsində başlayıb.

Yerli hakimiyyət orqanları sakinləri evdə qalmağa və pəncərələribağlamağa çağırıb.

İspaniya rəsmilərinin məlumatına görə, axşam saatlarına qədəryanğın təxminən 3,000 hektar ərazini əhatə edib.

Yerli rəsmilərin verdiyi məlumata əsasən, yanğına müdaxilə üçün95-dən çox yanğınsöndürən cəlb olunub.

Məqalədə:
Chosen
44
19
az.trend.az

10Sources