"İnter" klubu "Atalanta"nın nigeriyalı hücumçusu Ademola Lukmanın transferi üçün rəsmi təklif irəli sürüb.
90deqiqe.Az xəbər verir ki, Milan təmsilçisi Bergamo klubuna 40 milyon avro təklif edib.
"Atalanta" bu təklifi yetərli hesab etməyərək rədd edib. Klub 27 yaşlı forvardın transferinə yalnız minimum 50 milyon avro qarşılığında razılıq verməyə hazırdır.
Qeyd edək ki, Lukmanın "Atalanta" ilə mövcud müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Futbolçunun hazırkı bazar dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.
2024/2025 mövsümündə Lukman klub səviyyəsində ümumilikdə 40 oyunda meydana çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda "Atalanta"nın hücum xəttində aparıcı fiqurlardan biri hesab olunur.