"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) keçirəcəyi ilk matçın hakimləri müəyyənləşib.
Azreform.info xəbər verir ki, görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Ante Çulina olacaq. Ona Luka Puşiç və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.
VAR hakimi Mario Zebec, AVAR hakimi isə Tixomir Pejin olacaq.
Qeyd edək ki, qarşılama iyulun 23-də Dublindəki "Tolka Park" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.