Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketi çərçivəsində sözügedən ölkənin banklarına məhdudiyyətlər tətbiq ediləcək.
News24.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu konteksdə Rusiyanın 22 bankına məhdudiyyət tətbiq olunacaq.
Xatırladaq ki, Aİ ölkələri rəsmi Moskvaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıb. Bu paket Rusiya bank sektorunu, enerji sahəsini və hərbi-sənaye kompleksini hədəf alır. Eyni zamanda, neft üçün yeni dinamik qiymət həddi də nəzərdə tutulur.
Bundan başqa, sanksiyalar 50-dən çox fiziki şəxs, müəssisə və təşkilata şamil ediləcək.
Rusiya neftinin qiymətinin yuxarı həddini təxminən 47,6 dollar/barelə endirmək qərara alınıb.
Həmçinin sansiyalar paketinə aşağıdakılar daxildir:
- Şimal axınına qarşı məhdudiyyətlər;
- Rusiya neftinə əsaslanan neft məhsullarının Aİ-yə idxalına qadağa;
- "Rosneft" Hindistandakı neft emalı zavoduna qarşı məhdudiyyətlər;
- Rusiyaya dəstək verən bir neçə Çin bankına qarşı sanksiyalar;
- Rusiya neftini daşıyan 105 tankerə qarşı sanksiyalar.