EN

“Şelburn” - “Qarabağ” matçının hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, İrlandiya və Azərbaycan çempionları arasındakı ilk görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Ante Çulina olacaq. Ona yan xətt hakimləri Luka Puşiç və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.

VAR hakimi Mario Zebec, AVAR hakimi isə Tixomir Pejin olacaq.

Xatırladaq ki, “Şelburn” – “Qarabağ” matçı iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu görüşə də saat 20:00-da start veriləcək.

Chosen
16
14
arena.az

10Sources