EN

“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

Yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz  Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, tanınmış jurnalist və ictimai xadim Aydın Quliyevi 65 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

"......Dünya təkcə dağdan-daşdan, ayrı-ayrı insanların qurub-tikdiyi memarlıq nümunələrindən abidələr yaratmır.. o həm də dəyəri heç bir qiymətə sığmayan insandan abidə yaradır...  və o insanlar zaman, məkan ölçüsünə sığmır... dünya təkcə ləl-cəvahiratdan xəzinə yaratmır... o həm də əyar ölçüsü olmayan insandan xəzinə yaradır... mənim üçün Aydın Quliyev dünyanın bütün zamanlarında yaşayan ulusal bir dəyərdir! Mənim üçün Aydın Quliyev Allahın Ğöy Qübbəsi altında bütün insanlığa bəxş etdiyi Əmanətdir! Sərvətdir!  Mediamızın, ictimai- siyasi platformamızın, publisistikamızın "yeraltı və yerüstü" sərvətidir!  Bitməz- tükənməz!  Mənim üçün Aydın Quliyev dumduru bir bulaq, yaşı bilinməyən bir çeşmədir! Mənim üçün Aydın Quliyev qos-qoca, yaşı bilinməyən bir DƏDƏ, hər şeyi yenicə başlayan bir GƏNCdir!  Və bu dədə gəncin bioloji yaşı- 65- i tamam olur.. əslində 650 il yaşamışlar kimi müdrikdi, kamildi! Cahana sığmazdı! Ömrü insana Tanrı verir... Qalır sən o ömrə nə sığdıracaqsan... Aydın Quliyev 65 ilə 650 ilin mirasını sığdırdı... Aydın Quliyev Düşüncədi, Fikirdi, Zəkadı! Aydın Quliyev İşıqdı! Və ən əsası Aydın Quliyev mənim dəyişməz dostumdu! Ömrün bərəkətli olsun, dostum! Mediamızın şah əsərlərindən biri olan "Bakıxəbər"in başı üstündən əskik olma! Ömür yaşın ağır olsun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
1
olaylar.az

2Sources