EN

"Ərdoğan istəsə, yenidən prezident ola bilər" - Baş müşaviri

Türkiyə Prezidentin baş müşaviri Mehmet Uçum Rəcəb tayyib Ərdoğanın yenidən prezidentliyə namizəd olması bağlı bəzi suallara aydınlıq gətirib.  

"Unikal" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb. 

Uçum bildirib ki, Ərdoğanın yenidən prezident seçilməsi üçün konstitusiya dəyişikliyinə ehtiyac yoxdur:

"Türkiyə Böyük Millət Məclisi 360 millət vəkilinin səsi ilə yeni seçkilərin keçirilməsinə qərar verərsə və prezident Ərdoğan istəsə, yenidən namizəd ola bilər". 

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan 28 avqust 2014-cü ildən Türkiyənin prezidenti vəzifəsindədir. Son olaraq o, 14 may 2023-cü ildə keçirilən ümumi seçkilərin ikinci turunda 28 may 2023-cü ildə keçirilən seçkilərdə qalib gələrək üçüncü müddətə prezident seçilib.

Gülayə Mecid 

Chosen
85
49
unikal.az

10Sources