İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağılı yeni əməliyyata başlayıb.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində rüşvət almaq və tenderləri saxtalaşdırmaqda təqsirləndirilən 18 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu İBB Bələdiyyə Başçısı vəzifəsindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlu da daxil olmaqla, şübhəliləri cinayət təşkilatına rəhbərlik etmək, cinayət təşkilatına üzv olmaq, qəsb, rüşvət, ağır fırıldaqçılıq, qanunsuz şəxsi məlumatların əldə edilməsi və qanunsuz saxtakarlıq ittihamları ilə istintaq aparır.
Aytac