EN

Yaponiyanın fəxri imperatoru xəstəxanadan evə buraxıldı

Yaponiyanın fəxri imperatoru Akihito xəstəxanadan evə buraxılıb.

AzPost xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

91 yaşlı fəxri imperator bu həftənin əvvəlindən etibarən Tokiodakı universitet xəstəxanasında müalicə alırdı. Həkimlər onda ürəyin sağ mədəcik çatışmazlığı və simptomsuz miokard işemiyası aşkar ediblər.

Yaponiyanın İmperator Sarayının İdarəsi bildirib ki, Akihito yeni nəsil preparatlarla müalicə olunub və vəziyyəti sabitdir.

Qeyd edək ki, Akihito 1989–2019-cu illərdə Yaponiyanın 125-ci imperatoru olub. O, 2019-cu ilin aprelində öz istəyilə taxtdan imtina edərək hakimiyyəti oğlu, vəliəhd şahzadə Naruhitoya təhvil verib.

Fəxri imperator bir neçə ildir ki, ürək çatışmazlığından əziyyət çəkir və daha əvvəl onda stenokardiya da aşkarlanmışdı.

AzPost.az

Chosen
9
azpost.info

1Sources