İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan, Misir və Türkiyənin xarici işlər nazirləri Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat veriblər.
Adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriya Ərəb Respublikasına qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib. Bu əməllər beynəlxalq hüququn açıq şəkildə pozulması və Suriyanın suverenliyinə qarşı kobud təcavüz kimi qiymətləndirilib.
Mətləb Salahov