Qabonlu hücumçu Pyer-Emerik Obameyanq “Əl Qadasiya”dan ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 36 yaşlı hücumçu ilə müqaviləyə xitam verilib.
Obameyanqın “Marsel”lə danışıqlar apardığı bildirilir. O, ötən mövsümdə 51 oyunda 30 qol vurub, 11 məhsuldar ötürmə edib.