Polşada təlim-məşq toplanışında olan “Neftçi” ilk yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Təl-Əviv “Hapoel”i ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hər iki qol görüşün ilk hissəsində vurulub.
"Ağ-qaralar"ın heyətində Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.
“Neftçi” iyulun 22-də yerli “Termalika”, 5 gün sonra Yunanıstanın “Asteras” və avqustun 1-də Kiprin AEL komandaları ilə üz-üzə gələcək.