EN

“Zirə”nin futbolçusu faciəvi şəkildə öldü -

“Zirə” futbol klubunun U-16 komandasının oyunçusu Fərid Şahverdiyev faciəvi şəkildə dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, hadisə bu gün Şüvəlan çimərliyində baş verib. Gənc futbolçu dənizdə çimərkən boğulub və həyatını xilas etmək mümkün olmayıb.

Fəridin vəfatı “Zirə” klubunda və futbol ictimaiyyətində dərin kədər doğurub. Klubun rəhbərliyi, məşqçilər heyəti və komanda yoldaşları onun itkisini böyük üzüntü ilə qarşılayıb.

Qeyd edək ki, Fərid Şahverdiyev akademiyasının üzvü idi. O, uzun müddətdir “Zirə” klubunun aşağı yaş qruplarında çıxış edirdi .

Chosen
56
20
metbuat.az

10Sources