EN

Fransa Seneqalda hərbi mövcudluğuna son qoydu

Bakı. Trend:

İyulun 17-də Fransa Seneqalda yerləşən son iki hərbi obyektinirəsmi olaraq yerli hakimiyyətə təhvil verib və bununla da ölkədə1960-cı ildən bəri davam edən daimi hərbi mövcudluğunu başaçatdırıb.

Trend xəbər verirki, bu barədə DW məlumat yayıb.

Seneqalın paytaxtı Dakarda son 350 fransız əsgərinin ölkədənçıxarılması münasibətilə rəsmi mərasim təşkil olunub.

Bununla da Fransa, Qərbi və Mərkəzi Afrikadakı keçmişmüstəmləkələrindən qoşunlarını çıxarmaq siyasətini davam etdirir.Paris 2022-ci ildən etibarən regionda hərbi mövcudluğunu tədricənazaltmağa başlayıb.

Hazırda Mərkəzi Afrikada Fransa ordusunun yalnız Qabonda, yerlisilahlı qüvvələrlə ortaq istifadə etdiyi bir bazası fəaliyyətgöstərir.

Bundan başqa, Fransa hərbi qüvvələri Cibutidə də xidmətini davametdirir.

Chosen
35
2
az.trend.az

3Sources