EN

“Ukraynanın yeni kabineti bu nazirliyə namizəd tapa bilməyib”

Yuliya Sviridenkonun rəhbərlik etdiyi Ukrayna Nazirlər Kabinetinin yeni tərkibinə mədəniyyət naziri vəzifəsinə namizəd olmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün teleqram kanalında məlumat verib.

“Görünür, hələ də mədəniyyət naziri tapmayıblar. Sviridenko bu barədə heç nə deməyib”, - deputat yazıb.

Qeyd edək ki, bu gün Ali Rada Yuliya Svırıdenkonun Ukraynanın yeni baş naziri təyin edilməsinə səs verib. Onun namizədliyini 262 deputat dəstəkləyib, 22 deputat əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb. Bu vəzifədə Svırıdenko iyulun 15-də istefa verən Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqalı əvəzləyib.

Chosen
19
qafqazinfo.az

1Sources