Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində yerləşən Deqtyarnoye kəndini nəzarətə götürərək, cəbhənin şimal hissəsində, Volçya çayı boyunca nəzarət zonalarını genişləndirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Xarkov vilayətindəki Rusiya tərəfdarı administrasiyanın rəhbəri Vitali Qançev məlumat verib.
O qeyd edib ki, Deqtyarnoye kəndi Xarkov vilayətinin şimal sərhədləri yaxınlığında yerləşən kiçik yaşayış məntəqəsidir. Qançevin sözlərinə görə, Rusiya hərbçiləri şimal cəbhə xətti boyunca, o cümlədən Volçya çayı istiqamətində irəliləyərək nəzarət zonasını genişləndirirlər.
Xatırladaq ki, iyulun 17-də Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətində Deqtyarnoye, Donetsk Xalq Respublikasında Popov Yar və Zaporojye vilayətində Kamenskoye yaşayış məntəqələrini nəzarətə götürdüyünü açıqlayıb.