Bakı. Trend:
Kapital Bank Azərbaycanın ən böyük vahid korporativ Data vəanalitik platformasının qurulması layihəsini həyata keçirir. İTinteqratoru olan Databorn və proqram təminatı təchizatçısı Alphynilə birlikdə bank universal açıq mənbə platforması olan AlphynLakehouse əsasında innovativ məlumat emalı sistemini tətbiq edir.İnteqrasiyanın birinci mərhələsinin nəticələrinə əsasən, KapitalBank Alphyn Lakehouse platformasını DWH və analitik vitrinin (DataMarts) yeni modelinin qurulması üçün hədəf həll kimitəsdiqlədi.
“Datalake” yeni texnoloji yanaşmadır. Klassik metodlarlamüqayisədə Lakehouse daha çevik analitika imkanları təklif edir,məlumatların saxlanmasını optimallaşdırır və sazlama proseslərinisadələşdirir, minimal xərclərlə yüksək məhsuldarlıq təmin edir.
Bu sinifə aid həllə keçid bankın məlumatların idarə olunmasıparadiqmasını dəyişməyə, böyük məlumatların saxlanması və emalınınən müasir üsuluna keçməyə, həmçinin, məlumatların yenilənməmüddətini azaltmaqla analitik hesabat və biznes tətbiqləri üçünkeyfiyyətcə yeni bir alət əldə etməyə imkan verir.
Alphyn Lakehouse platforması təşkilatın bütün məlumatlarını,həmin məlumatların hansı formatda olmasından asılı olmayaraq, birməkanda saxlamağa və emal etməyə imkan verir – bu həllin əsasınıtəşkil edən yüksək məhsuldarlığa malik müasir alətlər vasitəsiləhəm klassik cədvəl formatında olan məlumatlar, həm də hər növ, ölçüvə formatda olan fayllar, o cümlədən, strukturlaşdırılmamışməlumatlar (audio, video, internet trafiki) yüklənə və emal olunabilər.
Bundan əlavə, Alphyn Lakehouse platforması bütün mümkünrejimlərdə – batch, near real-time, real-time – məlumat qəbul edəbilir; yüzlərlə istifadəçiyə eyni vaxtda çıxış imkanı yaradır və ənəsası – yetkin Lakehouse platformasına xas olan paradiqma sayəsindəMPP (Massive Parallel Processing – “kütləvi paralel işləməarxitekturası”) həlləri ilə müqayisədə əhəmiyyətli dərəcədə dahayüksək yüklənməni daşıya bilir. Platforma istifadəçisandbox-larının sürətli yaradılmasına yönəlib, hansı ki, ModelOpsüçün əsas kimi istifadə oluna bilər: modelin tam həyat dövrünütəkrar etmək, süni intellekt tapşırıqlarını həll etmək və bütünbunlara platformada heç bir dəyişiklik etmədən nail olmaq.
Alphyn Lakehouse-un Kapital Bank-da effektiv işləməsi üçünDataborn komandası bir sıra arxitektur həllər reallaşdırdı.Xüsusilə məlumatların saxlanması sisteminin yüksək etibarlılığınıvə nasazlığa davamlılığını təmin edən ixtisaslaşmış S3 (Minio)alt-sistemindən istifadə olundu. Strukturlaşdırılmış vəstrukturlaşdırılmamış məlumatların emalı üçün tamamlayıcıtexnologiyalar olan Spark və Impala istifadə olunur. Həllintərkibinə, həmçinin, Apache Iceberg – açıq mənbəli fayl formatıdaxil edilmişdir, bu format böyük analitik cədvəllərin yüksəkməhsuldarlıqla oxunması və məlumatların tamamilə yenidən yazılmadandəyişdirilməsi üçün nəzərdə tutulub. Mənbələrlə platforma arasındanear-realtime rejimində məlumatların sinxronizasiyası Kafka +Debezium üzərində qurulmuş vasitə ilə həyata keçirilir.
Alphyn Lakehouse-un resurslarının çevik idarə olunmasınıKubernetes təmin edir. Bu, hər bir komponent üçün ayrılmış güclərinrahat şəkildə tənzimlənməsinə və lazım gəldikdə onları müxtəlifməlumat emalı texnologiyaları arasında dəyişməyə imkan verir –məsələn, Spark və Impala arasında: gecə saatlarında Spark üçün dahaçox resurs ayrılaraq məlumatların sinxronizasiyası üzrə normativişlər sürətləndirilir, gündüz isə – Impala üçün daha çox resursayrılır ki, platforma ilə son istifadəçilər arasında qarşılıqlıəlaqə yaxşılaşdırılsın.
Pavel Qamanyuk, icraçı direktor, Databorn:“Yeni məlumat platformasına keçid layihəsi, şübhəsiz ki, aqressivşəkildə böyüyən biznes şəraitində şirkətin üzləşə biləcəyi əniddialı çağırışlardan biridir və söhbət paradiqmanın dəyişməsindəngedirsə – tapşırığın mürəkkəbliyi eksponent şəkildə artır. Bizimsənaye təcrübəmiz və oxşar layihələrdə əldə etdiyimiz nəticələrmüştəriyə funksionallıq, dəyər və biznes miqyası baxımından ənuyğun məlumat platforması – Alphyn Lakehouse təklif etməyə imkanverdi. Nəticədə biz ulduzlu tapşırığı yerinə yetirdik –prosessinqdən və digər mühüm mənbələrdən gələn xam məlumatlarınplatforma səviyyəsində yenilənməsi əməliyyat gününün bağlanmasındansonra 30 dəqiqə ərzində baş verir. Bu həcmdə – bu, texnolojiinqilabdır.
Beləliklə, bu təşəbbüs çərçivəsində Databorn komandası layihəninəsas mərhələsinə uğurlu başlanğıc üçün zəruri olan ilkin şərtləriformalaşdırdı: nüvə məlumat modelinin dəyişdirilməsi və bundansonra analitik qatın – hesabat və tətbiqlər üçün platformadaxilində vitrinlərin yaradılması. Əminəm ki, tərəfdaşlarımızınpeşəkarlığı və qətiyyətli yanaşması bu öz növündə unikal layihəniməntiqi sonluğa çatdıracaq və banka bir daha texnologiya sahəsindərəqiblər üzərində şərtsiz qələbəsini bəyan etməyə imkanverəcək”.
Seymur Şabanlı, Məlumatların İdarə Edilməsi Ofisininrəhbəri, Kapital Bank: “Kapital Bank-da biznesin sürətliinkişafı qaçılmaz olaraq köhnəlmiş texnologiyaların, əvvəllər artımüçün əsas prerekvizit olan, daha da genişlənməni ləngidənməhdudiyyətlərə çevrilməsinə gətirib çıxarır. Kapital Bank-ıninkişaf yol xəritəsində nəzərdə tutulmuş bir sıra məsələlər yalnızprinsipcə yeni texnoloji baza üzərində həll edilə bilər. Buna görədə biz Databorn şirkəti ilə birlikdə məlumat platformasınıreinjiniring layihəsinə ən müasir və innovativ həlləri – AlphynLakehouse kimi – daxil etdik. Bu texnologiyadan istifadə etməkləbiz biznesin məlumatların emalı sürətinə olan tələbatlarınıqarşılaya, infrastruktur xərclərinin optimallaşdırılmasını təminedə və şirkətin bütün fəaliyyət sahələri, o cümlədən, BirEkosistemi üzrə yüksək keyfiyyətli və sürətli genişlənməni təminedə biləcəyik. Bizim əsas məqsədimiz Kapital Bank-ın regionda vəonun hüdudlarından kənarda aparıcı texnoloji oyunçu statusunutəsdiqləməkdir”.
Kapital Bank – Bir ekosisteminin ayrılmaztərkib hissəsi və Azərbaycanda Sberbank-ın hüquqi varisi olaraq –artıq 150 ildən çoxdur ki, ölkənin maliyyə sektorunda uğurlafəaliyyət göstərir. Bu gün Kapital Bank Azərbaycanda ən genişfilial və xidmət mərkəzi şəbəkəsinə malik olan ən iri maliyyəqurumudur. Bank Bakı Fond Birjası və Bakı Banklararası ValyutaBirjasının təsisçisi və səhmdarı, eyni zamanda, Azərbaycan BanklarAssosiasiyasının fəal üzvüdür.
Bir ekosistemi ölkənin aparıcı şirkətlərini – Birbank,Birmarket, m10 və MilliÖn – vahid brend altında birləşdirərəkistifadəçilərə gündəlik maliyyə və istehlak əməliyyatları üçünvahid məkan təqdim edir. Bununla yanaşı, Bir ekosistemi TrendyolAzerbaijan və BakıKart kimi bir sıra strateji tərəfdaşlarla fəaləməkdaşlıq edir ki, bu da ekosistemin imkanlarını əhəmiyyətlidərəcədə genişləndirir və müştəri təcrübəsini daha rahat vəmüxtəlif edir.
Databorn – müxtəlif sahələrdən olan şirkətlər –bank sektoru və sığorta sahəsindən tutmuş pərakəndə satış vəsənayeyə qədər – üçün geniş İT həlləri spektri təklif edənkonsaltinq şirkətidir. Databorn müştərilərə data əsaslı həllərvasitəsilə bizneslərini inkişaf etdirməyə və onun effektivliyiniartırmağa kömək edir. Şirkət aşağıdakı sahələr üzrə ixtisaslaşıb:BI və Big Data, maliyyə analitikası və risklərin idarə olunması,DWH, CRM sistemləri, Data Science, Data Governance, MachineLearning, RPA, IoT, BPM, AML və digər sahələr.
Databorn – bu, yüksək ekspertiza və yerinəyetirilmiş layihələrin keyfiyyətidir. Şirkətin heyətində yalnız İTsahəsində uzunillik təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislərçalışır. https://databorn.ai/
Alphyn – BƏƏ-də yerləşən biznes üçün İThəllərini hazırlayan bir şirkətdir. Konsaltinq sahəsində və aparıcıvendorlarla əməkdaşlıqda 15 illik təcrübə sayəsində şirkət maliyyəsektoru, telekommunikasiya, pərakəndə satış, e-commerce vəistehsalat sahələrində tələb olunan yüksək məhsuldarlıqlı həlləryaradır. Alphyn məhsulları şirkətlərə CVM marketinqini inkişafetdirməyə, AML/CTF tapşırıqlarını avtomatlaşdırmağa, kredit vədigər növ risklərlə işləməyə, məlumat analitikası və MLOpssahəsində məsələləri həll etməyə, böyük məlumatları saxlamağa vəidarə etməyə imkan verir.