İyulun 11-də Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə xanım Quliyeva ilə fəal gənc könüllü Əmirxan Həsənli arasında səmimi görüş baş tutdu. Görüş zamanı gənclərin inkişafı, liderlik və ictimai fəallıq mövzusunda dəyərli fikir mübadiləsi aparıldı.
Zərifə xanım, gənclərə dəstəyinin simvolu olaraq, Əmirxana müəllifi olduğu “Xarüqələr yaradan qətiyyətli lider” adlı kitabını hədiyyə etdi. Və ona uğurlar arzuladığını bildirdi.
Əmirxan Həsənli isə bu görüşü öz inkişaf yolunda böyük bir motivasiya mənbəyi kimi dəyərləndirdi. Bu cür görüşlər, gənclərin düzgün istiqamətlənməsində və potensiallarının açılmasında mühüm rol oynayır.