AZ

Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə xanım Quliyeva ilə fəal gənc könüllünün GÖRÜŞÜ BAŞ TUTUB

İyulun 11-də Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə xanım Quliyeva ilə fəal gənc könüllü Əmirxan Həsənli arasında səmimi görüş baş tutdu. Görüş zamanı gənclərin inkişafı, liderlik və ictimai fəallıq mövzusunda dəyərli fikir mübadiləsi aparıldı.

 

Zərifə xanım, gənclərə dəstəyinin simvolu olaraq, Əmirxana müəllifi olduğu “Xarüqələr yaradan qətiyyətli lider” adlı kitabını hədiyyə etdi. Və ona uğurlar arzuladığını bildirdi.

 

Əmirxan Həsənli isə bu görüşü öz inkişaf yolunda böyük bir motivasiya mənbəyi kimi dəyərləndirdi. Bu cür görüşlər, gənclərin düzgün istiqamətlənməsində və potensiallarının açılmasında mühüm rol oynayır.

 

image-8ee132f2-78e2-455b-9f98-7e2f7b08fce2 image-39a1fa81-c376-463b-b8cd-2313e80a5695 image-39de43b9-b5a2-4278-b2d4-6f3ff88967d2 image-78cae4f2-b5d9-464a-9bf8-130f7beb3f69 image-7287b38b-2ef9-4d2c-9251-5d09851c5393 image-e51915ff-ae3e-4667-acac-1725dde1d1ab

Seçilən
28
busaat.az

1Mənbələr