EN

Macarıstan 3 Ukrayna hərbi liderinə qarşı sanksiya tətbiq edib

Macarıstan məcburi hərbi çağırışa görə məsuliyyət daşıdığına inandığı üç Ukrayna hərbi liderinə qarşı sanksiyalar tətbiq edib.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Piter Siyyarto mətbuat konfransında bildirib.

“Biz Ukrayna Quru Qoşunlarının Baş Qərargah rəisini, Qərb Əməliyyat Komandanlığının komandanı və Ukrayna Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsinin rəisini bu siyahıya daxil etməyi təklif etdik. Bu gün biz həmin şəxslərin Macarıstana girişini qadağan etmək üçün tədbirlər gördük”, – Siyyarto qeyd edib.

Asim

Chosen
29
icma.az

1Sources