"Rusiya ilə Ukrayna əsirlərinin dəyişdirilməsi prosesi danışıqların üçüncü raunduna qədər tamamlanmalıdır. Biz bundan sonrakı proseslərlə bağlı qərar verməli olacağıq. Ancaq buna qədər Ukraynadan yeni danışıqların tarixi üçün hələ də cavab gözləyəcəyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.
Samir MUSAYEV
MİA.AZ