EN

Füri təsdiqlədi: Usiklə 3-cü döyüş də olacaq!

Tayson Fürinin gələn il oktaqona qayıdacağını xəbər vermişdik. Artıq britaniyalı boksçu da bununla bağlı xəbəri təsdiqləyib, məğlubedilməz ukraynalı çempion Aleksandr Usiklə 3-cü dəfə də döyüşəcəyini bildirib.

"Football-plus.az" xəbər verir ki, Füri sosial şəbəkə hesabına 3-cü döyüşün gələn il aprelin 18-də “Uembli”də keçiriləcəyini yazıb.

Xatırladaq ki, ukraynalı britaniyalını iki dəfə xal hesabında məğlub edəndən sonra Füri karyerasını bitirdiyini elan edib. Ancaq iyulun 2-də Səudiyyə Ərəbistanının Əyləncələr üzrə naziri Turki Əl əş-Şeyx Taysonun ona oktaqona dönməyi vəd etdiyini ictimaiyyətə açıqlayıb.

38 yaşlı ukraynalı superağır çəkildə WBO, WBA və WBC titullarının qalibidi. Peşəkar karyerası boyunca keçirdiyi 23 döyüşün heç birində məğlub olmayıb. 27 yaşlı britaniyalı IBF kəmərinin sahibidi. Onun hesabında 22 qələbə, 2 məğlubiyyət var.

Chosen
33
football-plus.az

1Sources