EN

Mərkəzi Bankdan “Qala Sığorta” ilə bağlı icrası məcburi sərəncam

Azərbaycan Mərkəzi Bankı “Qala Sığorta” ASC-yə icrası məcburi sərəncamın verib.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən “Qala Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “Qala Sığorta” ASC-yə icrası məcburi sərəncam verilib.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsi əsasən sığortaçıların və sığorta vasitəçilərinin müstəqil ekspertlərlə müqavilə bağlaması və onların xidmətindən istifadə etməsi ilə bağlıdır.

Bu tələb sığorta hadisələrinin düzgün qiymətləndirilməsi, risklərin obyektiv müəyyən olunması və mübahisələrin qarşısının alınması üçün nəzərdə tutulub. Yəni, sığorta şirkəti müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələr bağlamalıdır ki, sığorta hadisələrində obyektiv qiymətləndirmə aparılsın.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir.

Chosen
54
kommersant.az

1Sources