EN

Hindistan “Akash Prime” ZRK-nin sınaqlarını keçirib

Hindistan “Akash” zenit-raket kompleksinin (ZRK) təkmilləşdirilmiş versiyası olan “Akash Prime”nin sınaqlarını keçirib.

Bu barədə “Poliqon” Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatına (DRDO) istinadən xəbər verib.

Bildirilib ki, Ladax bölgəsində yüksək hündürlükdə keçirilən sınaqlar zamanı iki yüksək sürətli pilotsuz hava hədəfi “Akash Prime” tərəfindən uğurla aşkarlanaraq zərərsizləşdirilib.

Qeyd olunub ki, “Akash Prime” ZRK 4500 metrdən yuxarı yüksəkliklərdə işləmək üçün xüsusi uyğunlaşdırılıb və onun tərkibində yerli istehsal RF axtarıcı da daxil olmaqla son texnoloji yeniliklər yer alır.

Chosen
33
poliqon.az

1Sources