EN

“İsrailə Suriyanı savaş meydanına çevirməyə imkan verməyəcəyik”


Suriya Prezidenti Əhməd Əl Şaraa ölkənin cənubunda yerləşən Süveyda vilayətində baş verən hadisələr və İsrailin hərbi müdaxiləsi ilə bağlı dövlət televiziyasında bəyanatla çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, Şaraa İsrailin əvvəllər olduğu kimi bu gün də ölkənin sabitliyini hədəf alaraq xalq arasında nifaq salmağa və Suriyanı xaosa sürükləməyə çalışdığını deyib.
İsrailin ölkəni parçalamaq cəhdlərinə qarşı xalqın şərəfini və dövlətin birliyini qoruduqlarını bildirən Şaraa bildirib:
“Bu gün üz-üzə qaldığımız yeni sınaqda ölkəmizin birliyini, xalqımızın şərəfini və millətimizin müqavimətini qorumaq uğrunda mübarizə aparırıq. Böyük gücə sahib olmaq həmişə qələbə demək deyil. Bir cəbhədə əldə edilən qələbə digər cəbhədə uğura zəmanət vermir. Müharibəyə başlamaq asan, nəticələrinə nəzarət etmək isə çətindir. İsrailin bizi bölməyə yönəlmiş hər cəhdini aşacaq iradəyə və müqavimətə malikik”.
Şaraa əlavə edib ki, Suriya İsrailin savaş meydanına çevrilə bilməz və xarici güclərin planlarının həyata keçirilməsi üçün sınaq sahəsi olmayacaq:
“Onlara bu ölkəni öz savaş meydanlarına çevirməyə imkan verməyəcəyik. Bu savaşın heç bir məqsədi yoxdur, yalnızca ölkəmizi bölmək, xalqımızı xaosa və dağıntıya sürükləmək niyyəti güdür”.
Şaraa vurğulayıb ki, druz xalqı dövlətin himayəsi altındadır və onları xarici qüvvələrin tərəfinə çəkmək cəhdlərinin hər birini rədd edir:
“Siz bu ölkənin ayrılmaz bir hissəsisiniz. Suriya heç vaxt parçalanmanın, daxili iğtişaşların məkanı olmayacaq. Sizin hüquqlarınızı və azadlıqlarınızı qorumaq bizim prioritetimizdir”.
Xatırladaq ki, Suriyanın cənubunda vəziyyət 13 iyulda kəskinləşib. Həmin vaxt Əs-Süveyda vilayətində ərəb tayfalarının silahlı birləşmələri ilə druz dağlılarının özünümüdafiə dəstələri arasında toqquşmalar başlayıb. 15 iyulda Suriya ordusu vilayətin eyniadlı inzibati mərkəzinə daxil olub və vəziyyəti sabitləşdirmək məqsədilə şəhərin təmizlənməsinə başlayıb. Bundan az sonra İsrail, druz əhalisini qorumaq üçün Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarına zərbələr endirib, 16 iyulda isə Dəməşqdə bir sıra strateji obyektləri atəşə tutub.
Chosen
21
18
yeniavaz.com

10Sources